Qadın boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb. Seçmə komanda Almatı Olimpiya Hazırlıq Mərkəzində təlim-məşq toplanışı keçəcək.
Oxu.Az Boks Federasiyasının Mətbuat Xidmətinə istinadla xəbər verir ki, hazırlığa Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) cəlb olunublar. Bu gün start götürəcək məşqlər mayın 18-dək davam edəcək.
Boksçularımızın hazırlıq çərçivəsində sınaq döyüşləri də planlaşdırılır.
Qeyd edək ki, toplanış II Dünya Olimpiya Təsnifat Turnirinə hazırlıq xarakteri daşıyır.
“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək.
“Finaldan gözləntilərim ancaq qələbədir”.
Macarıstanın Eqer şəhərində gənc boksçular arasında beynəlxalq turnirdə yarımfinal mərhələsinə yekun vurulub. Finala gedən yolda Azərbaycan millisinin iki idmançısı da mübarizə aparıb.