Azad Əsgərov ermənilərlə qarşılaşmalarından danışdı - VİDEO

Azad Əsgərov ermənilərlə qarşılaşmalarından danışdı - VİDEO
19 İyul 2020 10:43


Azərbaycan MMA, Pankration və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərovun realpress.az-a bildirdiyinə görə, o, vaxtilə güləşlə məşğul olub və bir neçə dəfə erməni idmançılarla qarşılaşıb:

“1987-ci ildə – 16 yaşımda klassik güləş üzrə yeniyetmələrin SSRİ çempionatının finalında erməni idmançısı ilə qarşılaşmışam. Onu 15:4 hesabı ilə məğlub etmişdim. Bundan bir il sonra Qubadlıda sərbəst güləş üzrə Azərbaycan çempionu oldum.

O vaxt yunan-Roma güləşçiləri sərbəst güləş yarışlarında iştirak edə bilirdi. Bu yarışdan sonra Volqoqrada getdim. Orada da erməni idmançısını məğlub etdim. Nə məsələdirsə, o vaxtlar ermənilərlə tez-tez üz-üzə gəlirdim”.

Sonda Azad Əsgərovun Aqon Akopyanla qaydasız döyüşdə qazandığı qələbəni diqqətinizə çatdırırıq:

Qeyd edək ki, Azad Əsgərov MMA-da, "Sherdog"dakı statistikaya görə, 26 döyüş keçirib. O, bunlardan 17-də qalib gəlib, iki görüşdə heç-heçə qeydə alınıb. Lakin əslində A.Əsgərov 50-yə yaxın döyüş keçirib.


10 May 2024
İdman

Böyük futbol bayramından hamı hədiyyə ilə qayıtdı - FOTO

Bakı kənd və qəsəbələri arasında keçirilən II minifutbol turnirinin mükafatlandırma mərasimində 384 iştirakçının hər birinə və 32 məşqçiyə “İSMA bikes Azərbaycan” şirkəti tərəfindən velosipedlər təqdim edilib.

8 May 2024
İdman

Azərbaycan və Türkiyə milliləri üz-üzə gəliblər - VİDEO

Builki Avropa Amputant Futbol Çempionatına hazırlıqlarını davam etdirən seçmə komandalar yoldaşlıq görüşü keçiriblər.

8 May 2024
İdman

Qadın boksçulardan ibarət Azərbaycan millisi Almatıda hazırlıq keçəcək

Qadın boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb. Seçmə komanda Almatı Olimpiya Hazırlıq Mərkəzində təlim-məşq toplanışı keçəcək.

8 May 2024
İdman

Azərbaycan Kubokunun qalibi bəlli oldu

Futzal üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub.