“Formula-1”in Azərbaycanda sentyabrda keçiriləcəyi xəbərinə RƏSMİ MÜNASİBƏT

“Formula-1”in Azərbaycanda sentyabrda keçiriləcəyi xəbərinə RƏSMİ MÜNASİBƏT
28 May 2020 11:48


Bakı Şəhər Halqası xarici mətbuatda “Formula-1” yarışının dərc olunmuş yeni təqviminə münasibət bildirib. 

realpress.az-a açıqlama verən Bakı Şəhər Halqasının İctimaiyyətlə Əlaqələr Departamentinin meneceri Gülnaz Quliyevanın sözlərinə görə, sentyabrın 20-də Bakıda “Formula 1” yarışının keçirilməsi hələ dəqiqləşməyib:

“Bu, rəsmi məlumat deyil. Ümumiyyətlə, Bakıda “Formula 1”in keçirilməsi yalnız Nazirlər Kabineti yanında operativ qərargahın qərarından sonra təsdiq oluna bilər. Çünki bunun üçün ilk növbədə sərhədlər açılmalıdır”. 

Qeyd edək ki, xarici mətbuatda yarışın Azərbaycan mərhələsinin sentyabrın 20-də baş tutacağı ilə bağlı məlumatlar yayılıb.


8 May 2024
İdman

Azərbaycan və Türkiyə milliləri üz-üzə gəliblər - VİDEO

Builki Avropa Amputant Futbol Çempionatına hazırlıqlarını davam etdirən seçmə komandalar yoldaşlıq görüşü keçiriblər.

8 May 2024
İdman

Qadın boksçulardan ibarət Azərbaycan millisi Almatıda hazırlıq keçəcək

Qadın boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb. Seçmə komanda Almatı Olimpiya Hazırlıq Mərkəzində təlim-məşq toplanışı keçəcək.

8 May 2024
İdman

Azərbaycan Kubokunun qalibi bəlli oldu

Futzal üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub.

6 May 2024
İdman

Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq

Mayın 9-12-də Serbiyanın Novi Sad şəhərində keçiriləcək sambo üzrə böyüklər, gənclər və yeniyetmələr arasında Avropa çempionatı və birinciliklərində Azərbaycan 22 idmançı ilə təmsil olunacaq.