Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin müavini, general Əfqan Nağıyev və dörd vəzifəli şəxs hazırda Binəqədi Rayon Məhkəməsindədir.
Korrupsiya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən onlar barəsində həbs qətimkan tədbiri seçilməsi üçün verilən təqdimatlara baxılır.
Ə.Nağıyevdən başqa, Sahil Mühafizə Xidmətinin Şimal, Cənub, Mərkəz regional idarələrinin və Pirallahı məntəqəsinin rəisi də saxlanılıb.
General Ə.Nağıyev özünü təqsirli bilməsə də, iki regional idarə rəisi etiraf edərək, rüşvəti alaraq ona verdiklərini bildiriblər. Araşdırmanın yekununda onlara Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3-cü (mütəşəkkil dəstə tərəfindən rüşvət alma) maddələri ilə ittiham elan olunub.
Qeyd edək ki, Ə.Nağıyev və dörd vəzifəli şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.
Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb.
Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.