Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO
21 Fev 2022 17:06


Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

Nazirlikdən verilən məlumata görə, İdarəyə Füzuli rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Əbülfəz Suanverdiyevdə silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.

Həmin şəxs odlu silahı 6 000 manata satmaq istəyən zaman İdarənin Ələt qəsəbəsində yerləşən inzibati ərazisində şübhəli şəxs kimi saxlanılıb. Onun əlindəki çantaya baxış zamanı bir ədəd atəşə yararlı “Kalaşnikov” markalı avtomat silah, iki ədəd daraq və 60 ədəd patron aşkar olunaraq götürülüb. Əbülfəz Suanverdiyev odlu silahı bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək gizlətdiyini bildirib.

Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Əbülfəz Suanverdiyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

Su Polisləri tərəfindən qanunsuz olaraq balıqçılıqla məşğul olan, xüsusən də nərəcinsli balıqların ovlanmasını həyata keçirən, Xəzər dənizi vasitəsi ilə qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələrin gətirilməyə çalışan, eləcə də adı “Qırmızı Kitab”a düşən quşların ovlanması və digər ekoloji cinayətlər törədən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir. Balıqçılıqla məşğul olan şəxslərin diqqətinə çatdırılır ki, dövlət rüsumu ödəməklə kvotalar əldə edərək icazə verilən dövrlərdə müəyyən çəkidə və qaydalara uyğun balıq ovu ilə məşğul olmaq mümkündür.

İdarənin əməkdaşları tərəfindən həmçinin qanun pozuntusuna yol verərək Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə, eləcə də əməliyyat tədbirləri mütəmadi olaraq aparılır. Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012 433 38 12 və 012 433 38 02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.

7 Fev 2022
Kriminal

Sumqayıtda amansızca qətlə yetirilən şəxsin FOTOLARI

Fevralın 3-ü saat 22:00 radələrində Sumqayıt şəhəri Səməd Vurğun küçəsində 1970-ci il təvəllüdlü Sədiyar Novruzov qətlə yetirilib.