Maska və spirt qıtlığı ilə bağlı - Rəsmi açıqlama

Maska və spirt qıtlığı ilə bağlı - Rəsmi açıqlama
26 Mar 2020 13:22

"Ölkədə spirt və maskalarla bağlı yaranmış qıtlıq bu məhsullara həm dünyada, həm də daxildə tələbatın qısa müddətdə artması ilə əlaqəlidir".
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Tehsil-press.az-a daxil olan məlumatda deyilir:
"Hazırda dünyada maska istehsalçıları 24 saatlıq istehsal rejimində işləsələr də tələbi ödəməkdə çətinlik çəkirlər.
Əvvəlki illərdə ölkəmizdə ay ərzində 500-600 min maska satılırdısa, indi bu qədər maska 3 günə satılır. 2018-19-cu illərdə ildə təqribən 5-6 milyon maska satılırdısa, təkcə son bir ayda bu rəqəm 3.5 milyon olub.
Ölkədə olan maska ehtiyatlarından səmərəli istifadə etmək üçün ilk növbədə həkim və xəstələr, polis, müdafiə nazirliyi, sərhəd xidməti və gömrük əməkdaşları təmin olunur və apteklərə satış üçün göndərilir.
Ölkə üzrə hər gün təqribən 150-200 min maska paylanır və satışa çıxarılır.
Dünən ölkəyə 500 min maska idxal olunub. 1.5 milyon ədəd maska da daxil olacaq.
Hökumət maskaların ölkədə istehsalını təşkil etməklə əlverişli şəraiti təmin etməyə çalışır.
Nazirlər Kabinetinin bugünkü 114 №li Qərarına əsasən maskaların istehsalında istifadə olunan xammal gömrük rüsumlarından azad olunub.
Ölkədə spirt ehtiyatı ilə bağlı heç bir problem yoxdur. Spirtin kiçik həcmli qablarda satışa çıxarılması üzərində müvafiq işlər aparılır. Məsələ yaxın günlərdə həll olunacaq və yerli istehsal məhsulu olan spirt kifayət edəcək miqdarda pərakəndə satışa çıxarılacaq".

3 Apr 2020
Səhiyyə - Sağlamlıq

Niderlandda koronavirusa yoluxma sayı 15 mini keçdi

Nidelandda koronavirusa yoluxma hallarının sayı 15 723-ə çatıb.

3 Apr 2020
Səhiyyə - Sağlamlıq

İnsan orqanizmində koronavirusun yeni ocağı aşkarlandı

COVID-19 xəstəliyinə səbəb olan SARS-CoV-2 koronavirusu insan orqanizmində təkcə ağciyərlərdə çoxalmır, yuxarı tənəffüs yolları və bağırsaqlar da infeksiya mənbəyidir.

3 Apr 2020
Səhiyyə - Sağlamlıq

Azərbaycanda daha altı nəfər koronavirusdan sağaldı - RƏSMİ

Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş altı nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

2 Apr 2020
Səhiyyə - Sağlamlıq

Koronavirusdan sağalanların sayı 200 mini keçdi

Dünyada koronavirusdan sağalanların sayı 202 min 826-ya çatıb.