Təngnəfəsliyin KORONAVİRUSla bağlı olduğunu necə anlamalı?

Təngnəfəsliyin KORONAVİRUSla bağlı olduğunu necə anlamalı?
26 Mar 2020 10:32

Təngnəfəslik hissi koronavirusun “klasik” simptomudur. Lakin bu simptom digər xəstəliklər və pozulmalarla da bağlı ola bilər. Bəs bunu necə anlamalı?

Harvard tibb məktəbinin mütəxəssislərinin sözlərinə görə, təngnəfəslik yüksək qızıdrma (38 C-dən yuxarı), quru öskürək, boğazda ağrı və diskomfortla müşayiət olunursa bu böyük ehtimalla koronavirus infeksiyasına işarə edir. Vaxt itirmədən “təcili yardım” çağırın.  

Təngnəfəslik sadaladığımız simptomlarla müşayiət olunmursa, bu təşvişdən tutmuş infarkta kimi müxtəlif pozulmalara işarə edə bilər.

Son zamanlar koronavirus bir çox insanlarda stres, həyacan və təşvişə səbəb olub. Əgər sizdə koronavirusun heç bir digər simptomu yoxdursa, yalnız təngnəfəslik və həyacan varsa, bu təşvişin simptomudur. Bu vəziyyət tez-tez təkrarlanırsa, həkimə müraciət edin.

Həmçinin təngnəfəslik astmanın da simptomu ola bilər. Xəstədə sinədə sıxılma, xırıltılı nəfəsalma kimi simptomlar olur.

Təngnəfəsliyin növbəti səbəbi ürək tutmasıdır. Xəstədə ürək nahiyyəsində sıxalma və ağırlıq hissi, qol, bel, boyun, çənəyə yayılan ağrı kimi simptomlar da meydana çıxır. Dərhal “təcili yardım” çağırın.  


3 Apr 2020
Səhiyyə - Sağlamlıq

Niderlandda koronavirusa yoluxma sayı 15 mini keçdi

Nidelandda koronavirusa yoluxma hallarının sayı 15 723-ə çatıb.

3 Apr 2020
Səhiyyə - Sağlamlıq

İnsan orqanizmində koronavirusun yeni ocağı aşkarlandı

COVID-19 xəstəliyinə səbəb olan SARS-CoV-2 koronavirusu insan orqanizmində təkcə ağciyərlərdə çoxalmır, yuxarı tənəffüs yolları və bağırsaqlar da infeksiya mənbəyidir.

3 Apr 2020
Səhiyyə - Sağlamlıq

Azərbaycanda daha altı nəfər koronavirusdan sağaldı - RƏSMİ

Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş altı nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

2 Apr 2020
Səhiyyə - Sağlamlıq

Koronavirusdan sağalanların sayı 200 mini keçdi

Dünyada koronavirusdan sağalanların sayı 202 min 826-ya çatıb.