Bakıda keçirilməli olan “Böyük Dəbilqə” turniri mayda baş tutmayacaq

Bakıda keçirilməli olan “Böyük Dəbilqə” turniri mayda baş tutmayacaq
17 Mar 2020 15:33

Bakıda keçiriləcək “Böyük Dəbilqə” (Grand Slam) yarışı barədə qərar verilib. 8-10 may tarixlərində təşkil olunması planlaşdırılmış ənənəvi cüdo turniri təxirə salınıb.

Bu barədə realpress.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova xəbər verib.

Onun sözlərinə görə, bu barədə Azərbaycan tərəfi Beynəlxalq Cüdo Federasiyasını rəsmi şəkildə məlumatlandırıb. Yaxın vaxtlarda federasiya özünün rəsmi saytı vasitəsilə bu yarışın başqa tarixə keçiriləcəyi ilə bağlı qərarını açıqlayacaq. Həmçinin 11-12 may tarixlərində Bakıda keçirilməli olan paracüdo üzrə Qran-Prini eyni aqibət gözləyir.

Qeyd edək ki, “Böyük Dəbilqə” yarışı Olimpiadaya, Qran-Pri isə Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.