İtaliya karateçiləri Bakıdakı yarışa gəlməkdən imtina etdilər - RƏSMİ

İtaliya karateçiləri Bakıdakı yarışa gəlməkdən imtina etdilər - RƏSMİ
13 Mar 2020 12:24

İtaliya karateçiləri 25-29 mart tarixlərində Bakıda keçiriləcək Avropa çempionatında iştirak etməyəcəklər.

realpress.az xəbər verir ki, bu barədə İtaliya Cüdo, Karate və MMA Federasiyası iştirak etməmək barədə qərar çıxarıb.

Buna səbəb İtaliyada COVID-19 pandemiyasının geniş yayılmasıdır. Federasiyanın Prezidenti Domeniko Falkone Dünya və Avropa Karate Federasiyasının Prezidenti Antonio Espinosdan yarışı təxirə salmağı xahiş edib. Onlar bildirib ki, virus Fransa və İspaniyada da yayılıb, böyük ehtimalla, bu ölkələrin karateçiləri də yarışda iştirak edə bilməyəcək.

Hazırda İtaliya Cüdo, Karate və MMA Federasiyası WKF-dən Avropa çempionatının təxirə salınması ilə bağlı qərarı gözləyir. Sözügedən qurum Beynəlxalq Cüdo Federasiyası və Ümumdünya Güləş Birliyinin bəzi yarışlar barədə eyni qərarı çıxardığını bildirib.

Onlar buna nümunə kimi Macarıstanın paytaxtı Budapeştdə keçirilməli olan güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirinin təxirə salınmasını göstərib.

Qeyd edək ki, ilkin olaraq səkkiz İtaliya karateçisinin yarışacağı bildirilmişdi. Lakin İtaliya millisi koronavirusa görə səfərlərə çıxa bilmir. Çünki bu ölkədən çıxan aviareysləri heç bir ölkə qəbul etmək istəmir.  


10 May 2024
İdman

Böyük futbol bayramından hamı hədiyyə ilə qayıtdı - FOTO

Bakı kənd və qəsəbələri arasında keçirilən II minifutbol turnirinin mükafatlandırma mərasimində 384 iştirakçının hər birinə və 32 məşqçiyə “İSMA bikes Azərbaycan” şirkəti tərəfindən velosipedlər təqdim edilib.

8 May 2024
İdman

Azərbaycan və Türkiyə milliləri üz-üzə gəliblər - VİDEO

Builki Avropa Amputant Futbol Çempionatına hazırlıqlarını davam etdirən seçmə komandalar yoldaşlıq görüşü keçiriblər.

8 May 2024
İdman

Qadın boksçulardan ibarət Azərbaycan millisi Almatıda hazırlıq keçəcək

Qadın boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb. Seçmə komanda Almatı Olimpiya Hazırlıq Mərkəzində təlim-məşq toplanışı keçəcək.

8 May 2024
İdman

Azərbaycan Kubokunun qalibi bəlli oldu

Futzal üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub.