Bakıda maşından polislərə atəş açıldı - ÖZƏL

Bakıda maşından polislərə atəş açıldı - ÖZƏL
17 Yan 2020 14:40


Bakının Xətai rayonunda bir kişi onu dayandırmağa çalışan polis işçilərinə silahlı müqavimət göstərib.

Bu barədə realpress.az-a rayon polis şöbəsindəki mənbə məlumat verib.

Bildirilib ki, yanvarın 16-na keçən gecə saat 03:00 radələrində Naximov küçəsində naməlum şəxs “Mercedes” markalı avtomobilini qapısı açıq şəkildə idarə edib. Bunu görən polis əməkdaşları sürücüyə dayanmasını əmr edib.

Lakin bunun əvəzinə kişi pnevmatik silahını çıxarıb və polisə tərəf dörd dəfə atəş açaraq onlara silahlı müqavimət göstərib.

Buna baxmayaraq, asayiş keşikçiləri onu saxalaya biliblər.

Məlum olub ki, şübhəli - Zəngilan rayonundan olan 1989-cu il təvəllüdlü Pərviz Rövşən oğlu Həzili əvvəllər narkotik maddə saxlamaq və hüquq mühafizəçilərə müqavimət göstərməkdə ittiham olunub.

Axtarış zamanı Xətai rayonu 35-ci Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılan şəxsdən pnevmatik tapança və üç bıçaq aşkar edilərək müsadirə olunub. P.Həzilinin maşınında dörd ədəd ov tüfəngi patronu, 6.192 qram heroin və 515 qram marixuana tapılıb.

Cinayət törədildiyi vaxt P.Həzilinin narkotik maddələrin təsiri altında olduğu ehtimal edilir.

Şübhəlinin cinayətkar bir qrupun üzvü olması istisna edilmir. Hazırda saxlanılan şəxsin törədilən cinayətlərdə iştirakı ilə bağlı yoxlamalar aparılır.

Faktla əlaqədar istintaq davam edir.


9 Mar 2020
Kriminal

Bakıda 39 yaşlı kişi itkin düşdü

Bakının Binəqədi rayonunda Abşeron rayonunun 39 yaşlı sakini Rəşad İsmayıl oğlu İsmayıl itkin düşüb.

4 Mar 2020
Kriminal

Azərbaycanda polis həmkarını maşınla vurub öldürdü

Azərbaycanda polis həmkarını maşınla vurub öldürdü

20 Fev 2020
Kriminal

Terrorçulara qoşulan azərbaycanlı qadını İnterpol axtarır

Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı qadını beynəlxalq axtarışa verib.

14 Fev 2020
Kriminal

Dövlətə xəyanətdə ittiham olunan Fəxrəddin Abbasova ağır cəza

Dövlətə xəyanətdə ittiham olunan Fəxrəddin Abbasova ağır cəza

13 Fev 2020
Kriminal

“Bandotdel"dən xüsusi əməliyyat - 27 nəfər həbs edildi

Daxili İşlər Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən rəhbərləri Türkiyə Respublikasında yaşayan və Azərbaycan ərazisində onlayn narkotik satan şəxslərə qarşı genişmiqyaslı əməliyyat tədbiri keçirilib.