Beren Saat: Məşhurluq sanki həbsxanadır

Beren Saat: Məşhurluq sanki həbsxanadır
13 Dek 2019 13:23

Türkiyənin məşhur aktrisası Beren Saat tanındıqdan sonra həbsxana həyatı yaşamağa məcbur qaldığını açıqlayıb.  

Realpress.az xəbər verir ki, “Based İstanbul” jurnalına müsahibə verən aktrisa 9-10 yaşları olanda “Aşk-ı Memnu”da tərəf müqabili olan Selçuk Yöntemin tamaşasını izlədikdən sonra aktrisa olmağa qərar verdiyini açıqlayıb.

Beren Saat türk filmlərini bəyənmədiyini, daha çox komediya filmlərinə çəkildiyini bildirib:

“Hazırda musiqi, kitab və teatr sahələrində xeyli inkişaf var. Amma Türkiyə istehsalı olan filmlərdə bu proses yoxdur. Çünki daha çox komediya filmləri çəkilir”.

“Məşhur olmaq necə bir hissdir?” sualına aktrisa məşhurluq, populyarlığın tanınana kimi yaxşı olduğunu qeyd edib:

“Amma məşhur olduqdan sonra elə bil həbsxanaya düşürsən”.

Qeyd edək ki, Beren Saat “Netflix”in yeni Türkiyə istehsalı olan “Atiye” serialında baş rolla ekrana geri dönür.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.