Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.
O, aktyorun keçmiş həyat yoldaşı Amber Hördlə bağlı iddiasına baxılarkən məhkəmə zalında onların ünsiyyətini təhlil edib.
Ekspertin sözlərinə görə, Ceyms Vaskesin nazlı davranışı müştərisinin xeyri üçün bir taktika ola bilər. Belə ki, aralarındakı romantik jestlər Deppin məhkəmədə “daha gözəl” görünməsinə kömək edir.
Qeyd edək ki, Depp və Vaskesin məhkəmədəki incə qucaqlaşmalarının videoları yayılandan sonra aktyorla vəkil arasında mümkün romantik münasibətlər barədə şayiələr gəzməyə başlayıb. Jurnalistlər xanıma müştəri ilə münasibəti barədə sual versələr də, Vaskes gülümsəyərək cavab verməyib.
Mənbə: gazeta.ru
Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.
CinemaPlus kinoteatrlar şəbəkəsində bu gündən eyniadlı DC komiks seriyası – The Batman əsasında rejissoru Mett Rivzin çəkdiyi Amerika elmi fantastika döyüş filminin nümayişinə başlayıb.
Bu yaxınlarda Santa Monikada Amerika Kino Aktyorları Gildiyası mükafatlarının təqdim etmə mərasimi keçirilib.