"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə Laçın

"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə Laçın
13 Noy 2019 12:11

Oğlum mənimlə hələ danışmamışıq. Aramızdan pərdə götürülmədən, ana-bala kimi dərtləşəcəyik. Oğlumla birlikdə rayonlardan birinə gedib, dərtləşəcəyik. Əlhəm şairdir, hər şeyi anlayandır. Bilir ki, anası əxlaqsız qadın olmayıb. Gərək olmazdı, amma oldu. Əvvəl gündən oğlumdan üzr istədim. İlk telefon zəngində anamdan, sonra Əlhəmdən üzr istədim. Ağladım, amma Əlhəm dedi ki, ağlama. Onda ürəkləndim, söz verdim ki, ağlamayacam. Amma gecələr ağlayırdım. Həbs olunmazdan əvvəl də yastığım bilir mənim gözyaşlarımı. Mən üzdə ağlayan deyiləm.

Realpress.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Fədayə Laçın Tarix Əliyevin (Tolik) "Youtube" layihəsi olan "Tolik ilə səmimi" layihəsində deyib. İfaçı oğlu Əlhəmdən bəhs edib.

Sənətçi həbsxanadakı həyatından, azadlığa çıxmağından danışıb:

"Azadlığa çıxacağımı gözləmirdim. Amma beş il cəza alacağımı da fikirləşmirdim. Çünki mənim cəzam 2 il olmalıydı. Məhkəmədə olanda küçədən azan səsi gəldi. Hakim 5 il cəza kəsdi. Heç ağlamadım, yolboyu maşında ancaq mahnılar oxudum.

Amma əgər imkanım olsaydı həyatımdan 2017-ci il oktyabrın 28-ni - həbs olunduğum günü silərdim".

F.Laçın sevgi ilə bağlı sualları cavablandırıb. O, "Bundan sonra sevməyəcəm. Bağladım ürəyimin qapısını, açarı da dəryalara atdım. Bir iş idi oldu, amma bitdi. Daha olmayacaq. Tək deyiləm, Əlhəm mənim hər şeyimdir" sözlərini əlavə edib.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.