Sağlamlıq üçün ən zərərli qida müəyyənləşdirildi - Ağlagəlməz nəticə

Sağlamlıq üçün ən zərərli qida müəyyənləşdirildi - Ağlagəlməz nəticə
31 Okt 2019 09:36

Ət ətraf mühitə ən güclü mənfi təsir göstərir, eləcə də insanlarda erkən ölüm riskini artırır.

Realpress.az Trend-ə istinadən bildirir ki, britaniyalı və amerikalı mütəxəssislər bu qənaətə gəliblər.

Oksford və Minnesorta universitetlərinin bir qrup alimi 15 müxtəlif qida qrupunun insan sağlamlığına və ətraf mühitə təsirini tədqiq edib.

Qeyd olunub ki, taxıl, meyvə, tərəvəz, fındıq və zeytun yağı ən az riskli qida qrupuna daxil edilib. Bu məhsulların risk səviyyəsi 4 vahidə bərabər olub. Balıq məhsulları risk indeksində 14 vahidlə ifadə olunub. Sağlamlıq və ətraf mühit üçün ən yüksək riski qırmızı ət təşkil edir. Belə ki, emal olunmuş qırmızı ət indeksdə 37, emal olunmamış qırmızı ət 73 vahidə bərabər olub.


20 Noy 2019
Səhiyyə - Sağlamlıq

Burunla nəfəs almırsız?

Burun tutulması - bu sərbəst xəstəlik deyil, adətən başqa xəstəliklərin əlamətidir. O, diskomfort hissi yaradır və nəfəs almağa mane olur. Burun tutulması 4-cü ən geniş yayılmış vəziyyətdir ki, bu səbəbdən insanlar həkimə müraciət edir.

19 Noy 2019
Səhiyyə - Sağlamlıq

Qəbizliyin müalicəsi

Açaq sözlər: qəbizlik, ağırlaşmaları, müalicə və profilaktikası.

13 Noy 2019
Səhiyyə - Sağlamlıq

Sidikçıxarıcı yolların infeksiyalarında bitki preparatlarının rolu

Sidikçıxarıcı yolların infeksiyası (SYİ) sidik sisteminin hər bir üzvində - böyrək, sidik axarı kanalı, sidik kisəsi və sidik kanalında olan infeksiyadır. SYİ infeksion xəstələnmə strukturunda respirator infeksiyalardan sonra ikinci yeri tutur. İnfeksiyaların əksəriyyəti aşağı sidik yollarını - sidik kisəsi və sidik kanalını əhatə edir. SYİ milyonlarla insanın sağlamlığı üçün ciddi problem təşkil edir. Hər il Qərbi Avropada 10 milyondan artıq SYİ halı qeydə alınır. SYİ zamanı infeksiya residivlərinin yüksək səviyyəsi qeydə alınır ki, bu da tez-tez kəskinləşmələrlə xroniki xarakter alır.

13 Noy 2019
Səhiyyə - Sağlamlıq

Diabet, piylənmə, ruhi xəstəliklərinin qeyri-adi DƏRMANSIZ müalicəsi

İncəsənətin sağlamlığa müsbət təsiri haqqında genişmiqyaslı yeni tədqiqatı BMT-də sözün həqiqi mənasında “inqilabi araşdırma” adlandırıblar.