Lüksemburqda təxribat törədən Spartak ikinci dəfə “Qarabağ”a qarşı bunu edib - ARAŞDIRMA

Lüksemburqda təxribat törədən Spartak ikinci dəfə “Qarabağ”a qarşı bunu edib - ARAŞDIRMA
04 Okt 2019 17:01


“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda Lüksemburqda “F91 Düdelanj” klubu ilə qarşılaşarkən matçın 31-ci dəqiqəsində dron vasitəsilə stadiona qondarma Dağlıq Qarabağ rejiminin bayrağı buraxılıb. Bundan sonra 20 dəqiqədən çox fasilə yaranıb.

realpress.az xəbər verir ki, Sportal.az saytı bu məsələ ilə bağlı araşdırma apararaq “Ultra Birinci Ermənistan Cəbhəsi”nin (First Armenian Front) başçısı Spartakın kimliyini müəyyənləşdirib.

Sən demə, Spartak onun ləqəbi imiş. Təxribatçının ad-soyadı Artur Zakaryandır. O, Azərbaycanın işğal altında olan Şuşa rayonundandır. Qrupdakı digər şəxslərdən birinin adı isə Sergey Yanyoyandır.

Spartak “Qarabağ”ın oyunlarında ilk dəfə təxribata əl atmır. Erməni azarkeş ötən mövsüm “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda – dekabrın 14-də Londonda “Arsenal”la keçirilmiş matçda da təxribat törətmişdi.

O, 1993-cü ildə öldürülmüş terrorçu Monte Melkonyanın şəkli olan köynəkdə qondarma Dağlıq Qarabağın bayrağı ilə meydana çıxmışdı. Spartak 1993-cü ildə qətlə yetirilən terrorçunun ölümünə işarə vuraraq, 93-cü dəqiqədə meydana daxil olmuşdu. Hətta komandamızın kapitanı Rəşad Sadıqov imkan tapıb onun belindən vura bilmişdi. Həmin təxribatdan sonra Spartakın “Arsenal”ın stadionuna girişi ömürlük qadağan olunmuşdu.


realpress.az isə müəyyənləşdirib ki, məhz həmin oyundan sonra Spartak ilk dəfə Yerevana gedib və orada sanki böyük iş görmüş kimi xalq qəhrəmanı kimi qarşılanıb.

Səbuhi Musayev

25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.