UEFA-dan erməni təxribatına ilkin - REAKSİYA

UEFA-dan erməni təxribatına ilkin - REAKSİYA
04 Okt 2019 14:27

UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda “Qarabağ”ın Lüksemburqda “Düdelanj”ı 4:1 hesabı ilə məğlub etdiyi oyunda baş verənlərlə bağlı hələ intizam işi açmayıb. 

Realpress.az xəbər verir ki, bununla bağlı Avropa futbol qurumunun Mətbuat xidmətindən "report"a bildirilib.

UEFA intizam işinin açılıb-açılmayacağını müəyyənləşdirmək üçün matçdakı rəsmi şəxslərin hesabatını gözləyəcəyini açıqlayıb. 

“Stadionda dronun uçması ilə əlaqədar hakim təhlükəsizlik səbəbindən qarşılaşmanı ilk hissədə dayandırıb. 24 dəqiqədən sonra oyun davam edib və insidentsiz başa çatıb” deyə cavabda vurğulanıb. 

Görüşü şotlandiyalı Con Bitonun rəhbərliyi altında şotlandiyalı hakimlər briqadası idarə edib. Hakim-inspektor norveçli Yon Eylif Skyervold, UEFA nümayəndəsi isə avstriyalı Maykl Zoratti olub. 

Qeyd edək ki, “Düdelanj” – “Qarabağ” oyunu erməni təxribatı ilə əlaqədar dayandırılıb. Matçın 30-cu dəqiqəsində Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin rəqib qapısına vurduğu 2-ci qoldan sonra "Jozi Bartel" stadionunun üzərinə dron vasitəsilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib.

Nəticədə qarşılaşmada fasilə yarandı və UEFA-nın təcili iclası keçirilib. Lüksemburqun idman naziri Dan Kerş stadionda çıxış edərək ölkəsi adından bütün Azərbaycan xalqından üzr istəyib. Nazir bu hadisənin onlardan asılı olmayan səbəbə görə baş verdiyini və əli olanların ən qısa zamanda tapılaraq cəzalandırılacağını bildirilib. Bundan sonra isə oyun qaldığı dəqiqədən davam edib.

AFFA rəhbərliyi də baş vermiş erməni təxribatına reaksiya verib. Milli assosiasiya rəsmiləri dərhal UEFA ilə əlaqə saxlayaraq, narazılığını bildirib, hadisəni kəskin pisləyən bəyanat yayıb.

25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.