Bu gün İstanbulda IV Etnosport Mədəniyyət Festivalı başlayıb. Festival dörd gün davam edəcək.
Bununla bağlı Dünya Etnospor Konfederasiyasının rəhbəri Bilal Ərdoğan “Haber Global”a açıqlama verib.
Onun sözlərinə görə, Azərbaycandan festivala xüsusi atlı qrup qatılıb.
B.Ərdoğan qeyd edib ki, onlar Qarabağ atları ilə özəl çıxış hazırlayıb.
O əlavə edib ki, festivala çox sayda tanınmış sima da qatılacaq.
Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.
Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.
Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.