UŞAQLARDA İMMUNİTETİN GÜCLƏNDİRİLMƏSİ

UŞAQLARDA İMMUNİTETİN GÜCLƏNDİRİLMƏSİ
02 Okt 2019 12:05

UŞAQLARDA İMMUNİTETİN GÜCLƏNDİRİLMƏSİ

İmmunitet orqanizmin müdafiə sistemidir. 0-3 yaş arası uşaqlarda immun sistemi zəif vəziyyətdədir. Hər dəfə infeksiyaya yoluxduqdan sonra immunitet zəifləyir. Buna görə də uşaqların  xəstəliklərə qarşı müqavimət qazana bilməsi üçün onların immun sisteminin gücləndirilməsi çox vacibdir. 

 

İmmunitetin zəifləməsinə səbəb olan faktorlar: ananın hamiləlik zamanı keçirdiyi stress; qəbul etdiyi qidalar, doğulduqdan sonra uşağın balanslaşdırılmamış qidalanması; yuxu rejiminin pozulması; təmiz havada az olması; yüksək fiziki, əqli və emosional yüklənmələr; keçirilmiş ağır xəstəliklər və xəstəliklər zamanı lazımsız və ya yetərsiz dərman qəbulu (məsələn, antibiotiklər, hərarətsalıcı vasitələr) və s.

Kiçik yaşlı uşaqlarda immunitetin zəifləməsinin əlamətləri: 1 ildə 5 dəfədən çox infeksion  xəstəliklərə tutulması; soyuqdəymə və infeksion xəstəliklər zamanı hərarətin artması; xəstəliklərin düzgün müalicə fonunda uzun sürməsi və ya ağırlaşması, sağalmanın gecikməsi; ağız boşluğunun  selikli qişasında stomatitin tez-tez əmələ gəlməsi; göbələk xəstəliklərinin tez-tez təkrarlanması; ümumi simptomlar arasında: ümumi zəiflik, yorğunluq, tərləmənin artması, dəri örtüklərinin solğunluğu və s.

Bəs, immun çatışmazlığını necə aradan qaldırmaq və immuniteti necə gücləndirmək olar? Uşaqlarda düzgün və tam dəyərli qidalanma, normal yuxu rejimi, açıq havada gəzintilər və s. immun sisteminin bərpa olunmasına kömək edir. Lakin bəzən immun sisteminin bərpası üçün  həkimlər tərəfindən üstünlük məhz immunmodulyatorlara verilir. İmmunmodulyatorlar seçici olaraq, immun  sisteminin fəaliyyətini tənzimləyir. Yəni əgər immunitet zəifləyibsə, immunmodulyatorlar onu gücləndirir, immun hüceyrələrinin yüksək fəallığı zamanı isə (autoimmun xəstəliklərdə və şişlərdə) onların hərəkətini sıxışdırır, təzyiq altında saxlayırlar. Normal immun statusunda modulyatorlar praktiki olaraq immun sisteminə heç bir təsir göstərmir. Hazırda müxtəlif bitkilər, dəniz yosunları və s. təbii maddələr əsasında hazırlanmış təbii immunmodulyator vasitələrdən istifadə etmək daha düzgündür. Təbii ki, belə preparatlar daha zərərsizdir. Uşaqlarda immuniteti möhkəmləndirmək üçün yaz-payız aylarında həkim məsləhəti ilə təbii immunmodulyatorlarla  profilaktik tədbirlər aparmaq olar. Uşağın sağlam böyüməsi üçün  onun  immun sisteminin yüksək səviyyədə saxlanmasına xüsusi diqqət yetirmək lazımdır!

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.

Realpress.az


1 May 2020
Səhiyyə - Sağlamlıq

Cəlal İsayev: “Ölkədə epidemioloji vəziyyət vətəndaşlardan asılıdır” - ŞƏRH

Bu günə qədər Azərbaycanda COVID-19-a 1804 təsdiq edilmiş yoluxma hadisəsi qeydə alınıb. Yoluxanlardan 24 nəfəri ölüb, 1325-i sağalıb, 455-i isə xüsusi rejimli xəstəxanalarda müalicəsini davam etdirir. Aprelin 27-dən etibarən ölkədə yumşaldılmış karantin rejimi qüvvədədir. Ancaq təəssüflə qeyd etmək lazımdır ki, bir çox vətəndaşlar həm küçədə, həm də ictimai nəqliyyatda maska və əlcəklərə məhəl qoymadan elementar təhlükəsizlik tədbirlərinə əməl etmir.

30 Apr 2020
Səhiyyə - Sağlamlıq

Azərbaycanda daha 58 nəfər koronavirusdan sağaldı - RƏSMİ

Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 58 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 

30 Apr 2020
Səhiyyə - Sağlamlıq

Azərbaycanda daha bir nəfər koronavirusdan öldü - 38 yeni yoluxma

Azərbaycanda 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

30 Apr 2020
Səhiyyə - Sağlamlıq

Bəla sovuşmayıb: Azərbaycanda koronavirusun ikinci dalğası ola bilər

Mayın 4-də Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması gözlənilir. Fəqət, bəzi vətəndaşlarımızda ifrat nikbinlik, gərəksiz rahatlıq hissi yaranıb və onlar düşünürlər ki, COVİD-19 koronavirus pandemiyası ilə bağlı təhlükə sovuşub.