Bu dərman hamilələrə zərərlidir – Uşağın beyninə təsir edir

Bu dərman hamilələrə zərərlidir – Uşağın beyninə təsir edir
19 Sent 2019 09:45

Qızdırmasalıcı və ağrıkəsici kimi məşhur olan parasetamol dərmanı hamilə qadınlarda dölün inkişafına mənfi təsir göstərir.

Realpress.az Medicina.az-a istinadla bildirir ki, Britaniya alimləri ümumiyyətlə parasetamolun hamilələr tərəfindən qəbuluna qadağa qoyulmasını məsləhət görür.

Alimlər 6-11 aylıq 14 min körpə üzərində müşahidələr apardıqdan sonra belə nəticəyə gəliblər ki, onlarda hiperaktivlik və diqqət azlığı sindromu anaların hamiləliyin 18-32-ci həftəsində parasetamol qəbulu ilə sıx əlaqədardır. Dərmanın əks-təsiri beyində çox təzahür edir və bu hal 5-6 yaşına kimi davam edir. Xüsusən oğlan uşaqları bu dərmanın təsirinə çox həssasdır.

Bu gün dünyada parasetamol hamilələr üçün ən təhlükəsiz hesab edilən dərmandır, lakin indi alimlər uşağın gələcək inkişafına təsirinin olduğunu sübut edirlər.

Eləcə də parasetamol astma, autism və s. sinir mənşəli xəstəliklərini sürətləndirir


1 May 2020
Səhiyyə - Sağlamlıq

Cəlal İsayev: “Ölkədə epidemioloji vəziyyət vətəndaşlardan asılıdır” - ŞƏRH

Bu günə qədər Azərbaycanda COVID-19-a 1804 təsdiq edilmiş yoluxma hadisəsi qeydə alınıb. Yoluxanlardan 24 nəfəri ölüb, 1325-i sağalıb, 455-i isə xüsusi rejimli xəstəxanalarda müalicəsini davam etdirir. Aprelin 27-dən etibarən ölkədə yumşaldılmış karantin rejimi qüvvədədir. Ancaq təəssüflə qeyd etmək lazımdır ki, bir çox vətəndaşlar həm küçədə, həm də ictimai nəqliyyatda maska və əlcəklərə məhəl qoymadan elementar təhlükəsizlik tədbirlərinə əməl etmir.

30 Apr 2020
Səhiyyə - Sağlamlıq

Azərbaycanda daha 58 nəfər koronavirusdan sağaldı - RƏSMİ

Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 58 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 

30 Apr 2020
Səhiyyə - Sağlamlıq

Azərbaycanda daha bir nəfər koronavirusdan öldü - 38 yeni yoluxma

Azərbaycanda 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

30 Apr 2020
Səhiyyə - Sağlamlıq

Bəla sovuşmayıb: Azərbaycanda koronavirusun ikinci dalğası ola bilər

Mayın 4-də Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması gözlənilir. Fəqət, bəzi vətəndaşlarımızda ifrat nikbinlik, gərəksiz rahatlıq hissi yaranıb və onlar düşünürlər ki, COVİD-19 koronavirus pandemiyası ilə bağlı təhlükə sovuşub.