Könül Xasıyeva haqqında yalan yazanlardan şikayət edəcək

Könül Xasıyeva haqqında yalan yazanlardan şikayət edəcək
19 Avq 2019 12:20


Xalq artisti Könül Xasıyevanın yenidən əməliyyat olunacağı, daha dəqiqi, sentyabrda onu iki əməliyyatın gözlədiyi barədə məlumatlar yayılıb. Qeyd olunub ki, K.Xasıyeva həm öd kisəsini kəsdirəcək, həm də qadın xəstəliyindən əməliyyat olunacaq.

Realpress.az istinadla bildirir ki. Oxu.Az-ın əməkdaşı sənərkarın səhhəti ilə maraqlanmaq üçün onunla əlaqə saxlayıb. K.Xasıyeva gedən xəbərlərə bu cür münasibət bildirib:

"Haqqımda çoxlu sayda yalan məlumat yayırlar, hətta mənim ölüm xəbərimə qədər. Bütün bu xəbərləri müvafiq qurumlara təqdim edəcəyəm. Qoy həmin saytlar haqqında ölçü götürülsün və cəzalandırılsınlar".

O ki qaldı cərrahiyyə əməliyyatına, xalq artisti bunu nə təsdiq etdi, nə də təkzib:

"Bu barədə məndən heç nə soruşmayın. Sağ olun".

Qeyd edək ki, Xalq artisti Könül Xasıyeva bir neçə aydır ata yurdu Şəkidə yaşayır.



19 Sent 2019
Mədəniyyət

"Ən böyük arzum ölməməkdir" - Ramiz Əzizbəyli

"Hər şey daxil" verilişi Xalq artisti Ramiz Əzizbəylinin evindən canlı yayım edib.

19 Sent 2019
Mədəniyyət

Türkiyə kanalı Üzeyir Hacıbəyli haqqında film çəkdi - VİDEO

Bu gün dahi bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi olan Üzeyir Hacıbəylinin doğum günüdür.