“Neftçi” UEFA Avropa Liqasının III təsnifat mərhələsinin “Bney Yehuda” (İsrail) ilə görüşünə görə cərimələnəcək.
Realpress.az-ın xəbərinə görə, ikinci hissədə “Bney Yehuda” futbolçularının vaxt aparmaq üçün yerdə uzanması, meydançanı gec tərk etmələri “Neftçi” azarkeşlərinin əsəblərini cilovlaya bilməməsinə səbəb olub.
Nəticədə, meydançaya plastik su şüşələri atılıb. Bu isə “Neftçi”nin UEFA tərəfindən cərimələnəcəyi deməkdir. Konkret cərimə məbləği isə UEFA-nın İntizam Komitəsinin iclasından sonra açıqlanacaq.
Azərbaycanın yeniyetmələrdən ibarət cüdo komandası Qazaxıstan çöllərində donma təhlükəsi keçirib.
"Türkiyə yığmasının seçmə mərhələdə göstərdiyi performans əla idi. Komanda sıfırdan zirvəyə yüksəldi".
Nizami Paşayev 38 yaşında üçqat dünya çempionu oldu