2 yaşınadək uşaqlara bunlar qadağan edilməlidir

2 yaşınadək uşaqlara bunlar qadağan edilməlidir
05 Avq 2019 09:03

"İki yaşadək uşaqların planşet, telefon və televizorlardan istifadəsinə məhdudiyyət qoyulmalıdır. Çünki onlardan düzgün olmayan şəkildə istifadə edilməsi uşaqlarda kompüter görmə sindromuna səbəb olur".

Realpress.az Fins.az-a istinadla bildirir ki, bunu akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva deyib.

O bildirib ki, Azərbaycanda hazırda ümumi oftalmoloji müayinələr zamanı insanlar arasında daha çox refraks patologiyası (yaxından görmə, uzaqdan görmə, astiqmatizm və s.) aşkarlanır.

Y.Abdıyeva qeyd edib ki, refraks patologiyasına uşaqlar arasında daha çox rast gəlinir: "Göz xəstəliklərinin profilaktikası üçün düzgün qidalanmaya, kitab oxuma zamanı ara məsafənin 30 sm olmasına xüsusi diqqət yetirilməlidir.

Televizoru izləmə məsafəsi optimal şəkildə seçilməli, işığın düşməsinə xüsusi diqqət yetirilməlidir. Ona görə analar həm gələcəyimiz olan körpələrimizi qidalandırmalı, həm də onları gözün profilaktikası üçün digər zərərli vərdişlərdən uzaq tutmalıdırlar".

Mərkəz rəsmisi vurğulaybı ki, hazırda dünyada 40 milyondan çox insan korluqdan əziyyət çəkir. Əgər 2020-ci ilədək korluğun qarşısının alınması üçün profilaktik tədbirlər görülməsə, bu rəqəm 80 milyon olacaq.


28 Noy 2019
Səhiyyə - Sağlamlıq

Kəskin respirator virus infeksiyaları

Kəskin respirator virus infeksiyası (KRVİ) - virus xəstəliyi olub, tənəffüs yollarının selikli qişasının zədələnməsi ilə xarakterizə olunur. Xalq arasında bu xəstəliyi "soyuqdəymə" adlandırırlar. Alimlər 200-dən çox respirator viruslar aşkar ediblər. Bunlardan ən çox təsadüf olunan viruslar -paraqrip, adenovirus, rinoviruslardır. KRVİ  əsasən hava-damcı yolu ilə yoluxur. İnfeksiya mənbəyi xəstə insanlardır.

28 Noy 2019
Səhiyyə - Sağlamlıq

Əllərdə bu dəyişikliklər AĞCİYƏR XƏRÇƏNGİNƏ işarə edir - FOTO

Xərçəngin ilkin mərhələlərdə aşkar olunması insanın sağlamlığını və həyatını xilas etməyə imkan verir. Bu səbəbdən xərçəngin ilkin simptomlarını bilmək çox vacibdir.

26 Noy 2019
Səhiyyə - Sağlamlıq

Sadə herpesin hiyləgər ağırlaşmaları

Sadə herpes - törədicisi Sadə Herpes Virusu (SHV) olub, herpetik infeksiyanın ən çox yayılmış xəstəliyidir. Herpesin törədicisi elə virusdur ki, bir dəfə orqanizmə daxil oldusa orada həmişəlik qalır. SHV-nin mənbəyi xəstə və ya daşıyıcı (xəstəliyin xarici əlamətləri yoxdur, lakin virus tüpürcək, sidik, sidik-cinsiyyət sistemi ifrazatları vasitəsilə xaric olunur) insandır. Virus kontakt, hava-damcı yolu ilə, qan və orqan köçürülməsi zamanı ötürülür. Hamiləlik zamanı dölün yoluxması transplasentar yolla (cift vasitəsilə) va ya doğuş zamanı baş verə bilər.

25 Noy 2019
Səhiyyə - Sağlamlıq

Qış - soyuqdəymə xəstəliklərinin zamanıdır

Qış - bir çox səbəbə görə xoşagəlməz vaxtdır. Soyuq hava, vitamin azlığı, mövsümi depressiya. Hələ immunitet də zəifləyir, orqanizmin infeksiyalara qarşı müqavimətini azaldır. Buna sağlam olmayan həyat tərzini də əlavə etsəniz aydın olacaq niyə soyuqdəymə və qrip - ilin bu vaxtı praktiki olaraq hər bir evin daimi qonağıdır.