Orqanizmi hüceyrə səviyyəsində dağıdan TRANS-YAĞLAR. Uzaq durun!

Orqanizmi hüceyrə səviyyəsində dağıdan TRANS-YAĞLAR. Uzaq durun!
09 İyul 2019 16:59

Təbii kərə yağı insan sağlamlığı üçün ən faydalı məhsullardan biridir. Təəssüf ki, son vaxtlar kərə yağının adı altında bizə daha çox marqarin, spred və s. bu kimi saxta ziyanlı yağlar təklif olunur.

Marqarini XIX əsrdə fransız kimyaçı icad edib. Bu icadın əsas məqsədi kasıb əhalini ucuz "yağla" təmin etmək idi. O vaxtlar marqarinin orqanizmə olan ziyanı haqqında heç kim fikirləşmirdi, əsas məqsəd insanları doydurmaq idi.

Realpress.az Saglamolun.az-a istinadla bildirir ki, marqarin ən ucuz bitki yağlardan hazırlanır. Hazırlanma zamanı duru yağlar xüsusi üsullarla emal olunur ki, nəticədə onlar bərkiyir və kərə yağına oxşar konsistenisya alır. Bu kimyəvi reaksiyalar nəticəsində ziyanı bütün dünyada təsdiq olunmuş trans-yağlar əmələ gəlir.

Orqanizmə hüceyrə səviyyəsində təsir edən trans-yağlar orqanizm üçün əsl gec işə düşən bombaya çevrilir. Onların daim istehlakı tədriclə ürək-damar, sinir, immun, cinsiyyət sistemlərini, mübadilə proseslərini sıradan çıxardır, şəkərli diabet və xərçəngin inkişafının riskini artırır, piylənməyə səbəb olur.

Çoxdan sübut olunub ki, məhz trans-yağlar aterosklerozun əsas səbəbidir. Bu xəstəlik zamanı damarlarda xolesterin yığılır, damarlar daralır, iltihablaşır, zəifləyir ki, nəticədə onların tam qapanması və ya partlaması riski xeyli artır. Bu isə bütün dünyada ölümün ilk səbəblərindən biri olan infarkt və insultun inkişafı deməkdir.   

Araşdırmalar göstərir ki, uzun müddət ərzində trans-yağları qəbul edən kişilərdə testosteronun səviyyəsi və spermanın keyfiyyəti aşağı düşür, potensiya zəifləyir, sonsuzluğun riski artır.

Trans-yağlar orqanizmin streslərə olan davamlılığını azaldaraq daha ağır stress və depressiyaların inkişafına səbəb olur. Alimlər Alsheymer xəstəliyinin daha çox yayılmasını da trans-yağların istehlakı ilə əlaqələndirirlər.

Nəzərə almaq lazımdır ki, böyüməkdə olan uşaq orqanizminə trans-yağlar xüsusilə ziyanlıdır.

Bütün bunları nəzərə alaraq sizi şübhəli, ucuz, mənşəyi bilinməyə yağlardan uzaq olmağa çağırırıq. 

Trans-yağların mənbələri:

- marqarin, spred və bu kimi saxta yağlar

- dükanlarda satılan peçenye, pirojna, tort, vafli və s.

- fast-fud, yarımfabrikatlar

- mayonez, ketçup və s bu kimi souslar

- ucuz şokolad, şokolad yağları və şokolad konfetləri

- çips və s. sneklər.


16 Okt 2019
Səhiyyə - Sağlamlıq

Azərbaycanda doğuşu ağırlaşdıran əsas xəstəliklərin adları açıqlanıb

Azərbaycanda keçən il hamiləliyi başa çatmış qadınların təxminən hər dördündən biri anemiyadan (qan azlığından) əziyyət çəkib.

14 Okt 2019
Səhiyyə - Sağlamlıq

Kişilərin sağlamlığı haqqında heç yerdə oxumadığınız 10 FAKT

Kişi və qadın orqanizmi xeyli fərqlənir və bu tək cinsiyyət sisteminə aid deyil. Adətən insanlar belə hesab edir ki, kişi orqanizmi daha möhkəmdir.

11 Okt 2019
Səhiyyə - Sağlamlıq

Məşhur cərrahdan həzm sistemini gücləndirən TƏBİİ ÜSULLAR

Həddindən artıq stress, qeyri-sağlam qidalanma, antibiotik istifadəsi kimi amillər bağırsaq florasını pozur.

10 Okt 2019
Səhiyyə - Sağlamlıq

Quru göz sindromu nədir və necə müalicə olunur

Geniş yayılan xəstəliklərdən olan quru göz sindromu ilə müraciət edənlər adətən gözlərin həssaslığının artması, daimi yanma hissi, gözlərin yaşarması və qaşınmasından şikayət edirlər.

8 Okt 2019
Səhiyyə - Sağlamlıq

Sidikdə ciddi xəstəliklərə işarə edən 6 dəyişiklik

Sidiyin görünüşündə, rəngində və ya iyində olan bəzi dəyişikliklər ciddi xəstəliklərə işarə edə bilir. Bu səbəbdən sidikdə olan dəyişikliklərə qarşı daim diqqətli olmaq lazımdır.