Bu xəstəliklər zamanı pomidor yemək olmaz

Bu xəstəliklər zamanı pomidor yemək olmaz
07 İyun 2019 11:52

Ən faydalı tərəvəzlərdən biri olan pomidor orqanizmi vacib vitamin və minerallarla təmin edir, ürək-damar və xərşəng xəstəliklərindən qoruyur.

Lakin bu faydalı məhsulun da müəyyən əks-göstərişləri mövcuddur. Beləliklə, hansı xəstəliklər zamanı çoxlu pomidor yemək arzuolunmaz sayılır?

1. Allergiya

İstənilən digər parlaq meyvə-tərəvəz və giləmeyvələr kimi, pomidor da allergiyaya səbəb ola bilər.

2. Öd daşı xəstəliyi

Saglamolun.az bildirir ki, orqanik turşularla zəngin olan pomidor həzm proseslərini yaxşılaşdırır, ödün ifrazını artırır. Bu çox yaxşı xüsusiyyət olsa da öd daşı xəstəliyindən əziyyət çəkənlərə ziyan vura bilər.

3. Böyrək xəstəlikləri

Pomidor turşəng turşusu ilə zəngin olduğundan bəzi buna meylli olan insanlarda böyrəklərdə daşların əmələ gəlməsinə və böyüməsinə səbəb ola bilər.

4. Artrit, podaqra

Bunun səbəbi yenə də turşəng turşusudur. Turşəng turşusu oynaqlarda "duzlar"ın yığılmasına və iltihaba səbəb olur.

5. Mədə xorası və qastrit

Turşularla zəngin olan pomidor mədənin divarlarını qıcıqlandıraraq xora və qastritin kəskinləşməsinə səbəb ola bilər.

Realpress.az


12 Sent 2019
Səhiyyə - Sağlamlıq

Qripdən necə qorunmalı?

Qrip, hava-damcı yolu ilə ötürülən yuxarı tənəffüs yollarının iltihabı ilə xarakterizə olunan Kəskin Respirator Virus İnfeksiyaları (KRVİ) qrupuna aiddir. ÜST məlumatına görə, qrip epidemiyaları il ərzində 3-5 milyon hallarda ağır xəstəliyə və 390-650 min insanın isə ölümünə səbəb olur. Virus burun boşluğuna daxil olduqda, burun-udlağın arxa divarına keçir. Orada membrandan hüceyrəyə nüfuz edir, bununla da virusun bölünməsi və orqanizmin yoluxması başlayır. Xəstəliyin şiddəti mülayim dərəcədən ağır hipertoksik formalara qədər dəyişir.

11 Sent 2019
Səhiyyə - Sağlamlıq

ÖSKÜRƏK VƏ ONUN YARANMA SƏBƏBLƏRİ.

Öskürək tənəffüs sistemi xəstəliklərinin əlamətlərindən biridir. Bəzən xəstəlik sağalsa da, uzunmüddətli öskürək müşahidə edilir. Bu isə bir çox şəxsdə narahatlığa səbəb olur.