Deputatlarımız bu gün hansı komandaya azarkeşlik edəcək? - SORĞU

Deputatlarımız bu gün hansı komandaya azarkeşlik edəcək? - SORĞU
29 May 2019 12:08


Məlum olduğu kimi, bu gün Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmada Londonun “Arsenal” və “Çelsi” klubları üz-üzə gələcək. 

Realpress.az-ın əməkdaşı millət vəkilləri arasında Avroliqa finalı ilə bağlı sorğu keçirib. 

O, deputatlardan London derbisini hansı klubun qazanmasını istədiklərini soruşub.

Millət vəkili Aydın Mirzəzadə deyib ki, onun üçün kimin qələbə qazanmasının önəmi yoxdur:

“Mən iki güclü komandanın oyununa baxmaq istəyirəm. Finalda Azərbaycan və ya Türkiyə klubu olsaydı, onlara azarkeşlik edərdim”. 

Millət vəkili Fazil Mustafa oyunu stadionda izləyənlərdən olacaq:

“Final oyunu üçün biletim var. “Çelsi” klubunun qələbə qazanmasını istəyirəm”. 

Millət vəkili Siyavuş Novruzov isə “Arsenal”a azarkeşlik etdiyini bildirib:

 “Ümid edirəm ki, Bakıda keçiriləcək möhtəşəm finalda “Arsenal” qalib gələcək”. 

Millət vəkili Ağacan Abıyev maraqlı qarşılaşma izləyəcəyinə ümid edir:

“Mənim üçün finalda kimin olmasının önəmi yoxdur. Ümid edirəm ki, maraqlı qarşılaşma izləyəcəyik. Mən maraqlı oyuna azarkeşlik edəcəyəm”. 

Xatırladaq ki, qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq. Oyunu Canluka Rokkinin başçılıq etdiyi italiyalı hakimlər briqadası idarə edəcək. 


10 İyul 2020
İdman

Azərbaycan millisinin yeni baş məşqçisi məlum oldu

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib. 

10 İyul 2020
İdman

Tərlan Əhmədov: “Şamaxıya getməyimiz koronavirus testlərinin cavabından asılıdır”

“İyulun 13-də Şamaxı Olimpiya İdman Kompleksinə yola düşəcəyik. Orada iki həftəlik təlim-məşq toplanışı keçirəcəyik”.

10 İyul 2020
İdman

Azərbaycanlı azarkeşlərin NƏZƏRİNƏ: Stadiondan futbola baxmaq qadağan edildi

2020/2021 mövsümündə Azərbaycanın futbol azarkeşləri avrokuboklardakı matçları stadiondan izləyə bilməyəcək.