Şengen vizasının verilmə qaydaları dəyişdirilir

Şengen vizasının verilmə qaydaları dəyişdirilir
18 Apr 2019 17:31


Şengen zonası ölkələrinə qısamüddətli səfər üçün vizanın qiyməti 60 avrodan 80 avroya qalxacaq. Bahalaşma bir sıra dövlətlərin vətəndaşlarına şamil olunmayacaq.

Bu barədə “RİA Novosti” Avropa Komissiyasının mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Məbləğdəki kiçik artım Şengen sazişinə üzv olan dövlətlərin təhlükəsizliyə nəzarəti gücləndirməsi üçün bütün dünya üzrə konsulluq personalının lazımi sayda olmasının təmin edilməsinə imkan verəcək”, - deyə agentlikdən bildiriblər.

Həmçinin, qeyd olunur ki, yeni qaydalara görə, “müsbət viza tarixçəsi” olan səyahətçilər mərhələli şəkildə etibarlılıq müddəti bir ildən beş ilə qədər artan təkrar viza əldə edə biləcək.

Bundan başqa, Şengen vizası üçün ərizənin təqdim olunma müddəti iki dəfə artırılacaq (planlaşdırılan səyahətdən altı ay əvvəl təqdim edilməli olacaq).

Bəzi ölkələrdə ərizəni konsulluğun saytından elektron şəkildə təqdim etmək mümkün olacaq. Yetkinlik yaşına çatmamış 6-18 yaşlı xarici vətəndaşlar üçün Şengen vizasının tam pulsuz olacağı gözlənilir. Yeni qaydaların qüvvəyə minməsi üçün onun Avropa İttifaqı Şurası tərəfindən rəsmi qaydada təsdiq olunmalıdır.  

Qeyd olunur ki, viza rüsumundakı artım Avropa İttifaqı və bir sıra ölkələr, o cümlədən, Azərbaycanla bağlanmış sadələşdirilmiş viza rejimi haqqında müqaviləyə əsasən, tətbiq olunan 35 avroluq kiçik viza rüsumuna şamil olunmayacaq.

3 Dek 2019
Turizm

Vizasız gediş-gəlişlə bağlı sənəd təsdiqləndi

Vizasız gediş-gəlişlə bağlı sənəd təsdiqləndi

31 Okt 2019
Turizm

Bakı “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısında

Bakı “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısında

14 Okt 2019
Turizm

Milli Aviasiya Akademiyası mexanik və avioniklərin hazırlığı üzrə yeni kurslar açır

Milli Aviasiya Akademiyası mexanik və avioniklərin hazırlığı üzrə yeni kurslar açır

11 Okt 2019
Turizm

“Azərbaycan Hava Yolları” iPhone və Android smartfonları üçün mobil əlavəni təqdim etdi

“Azərbaycan Hava Yolları” iPhone və Android smartfonları üçün mobil əlavəni təqdim etdi