Turistlərə təcili yardım mütləq şərt olacaq: Turoperatorların məsuliyyəti artır - VİDEO

Turistlərə təcili yardım mütləq şərt olacaq: Turoperatorların məsuliyyəti artır - VİDEO
21 Fev 2022 12:13


Bəzən xaricə səfər edən və ya xaricdən ölkəmizə gələn turistlərin turoperator və ya turagentlər tərəfindən aldadıldığının şahidi oluruq.

Yenicə təsdiq edilən “Turizm haqqında” qanuna əsasən bu kimi neqativ halların qarşısı alınacaq. Qanunda bir sıra öhdəliklər müəyyən edilib. Həmin qaydaları pozanları isə cəzalar gözləyir.

Mövzu ilə bağlı “Xəzər Xəbər”ə danışan turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, qanunun əsas predmetlərindən biri turistlərin təhlükəsizliyinin təmin edilməsidir:

“Bu məqsədlə yeni sənəddə turoperatorlar və turagentlər qarşısında konkret öhdəliklər müəyyən edilib. Artıq səyahət zamanı turistlərə təxirəsalınmaz təcili yardım göstərilməsi öhdəlik kimi qoyulub.

Dövlət Turizm Agentliyi tərəfindən hazırlanan qanun ölkənin turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və turist məmnunluğunun artmasını təmin edəcək. Həmçinin vahid reyestrin yaradılması birbaşa turistlərin aldadılmasını minimuma endirəcək”. 

Ekspert deyir ki, yeni qanun turistlərdə Azərbaycana qarşı inam formalaşdıracaq. 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə turizm haqqında qanunvericiliyin pozulması ilə bağlı yeni maddə də əlavə olunub. Yeni maddə bu sahədəki neqativ hallarla bağlı inzibati məsuliyyəti müəyyən edir.

Daha ətraflı süjetdə:

23 Fev 2022
Turizm

İndoneziya aprel ayında karantin qaydalarını ləğv edir

İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.

23 Fev 2022
Turizm

Yunanıstanla bağlı reklam roliki sosial şəbəkə istifadəçilərini təəccübləndirdi - VİDEO

Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.

22 Fev 2022
Turizm

Avstraliya iki ildən sonra qapılarını açdı

Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.

22 Fev 2022
Turizm

Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsi məlum olub

Avropada ən yüksək işsizlik səviyyəsinə malik ölkələr arasında ilk yerləri ardıcıl olaraq, İspaniya (13,4 faiz) və Yunanıstan (13,2 faiz) paylaşır.

18 Fev 2022
Turizm

Banqkokun rəsmi adı dəyişdirilir

Taylandın paytaxtı Banqkokun rəsmi xarici adı dəyişərək Krunq-Thep- Maha-Nakhon olub.