“Bu şəhərdə” konsertinə Sumqayıtda icazə verilmədi? - AÇIQLAMA

“Bu şəhərdə” konsertinə Sumqayıtda icazə verilmədi? - AÇIQLAMA
11 Fev 2019 13:23


“Bu şəhərdə”nin Sumqayıt şəhərində konsert keçirilməsinə icazə verilməyib. 

Bu barədə “Bu şəhərdə”nin prodüseri, ssenarist Müşfiq Abbasov Instaqram hesabında məlumat yerləşdirib.

Məlumatda qeyd olunub ki, Sumqayıt şəhər İcra Hakimiyyətinə konsertlə bağlı müraciət olunsa da, bu, nəticəsiz qalıb: 

“Mart ayında konsertlərimiz üçün İcra Hakimiyyətinə (başçı Zakir Fərəcov və müavini Teymur Səmədov) iki məktub ünvanlamışıq. Bizə məlum olmayan səbəbdən Sumqayıtda “Bu şəhərdə”nin konsertlərinin keçirilməsinə icazə verilmədi. “Bu şəhərdə” sizin şəhərdə olmayacaq”. 

realpress.az məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayevlə əlaqə saxlayıb. 

E.Qocayev qarşı tərəfin iddiası ilə razılaşmayıb:

“Bu şəhərdə” komandası ötən ilin mart ayında Sumqayıt səhnəsində olub. Həmin proqramında şəhər rəhbərliyi eləcə də şəhər ictimaiyyəti iştirak edib. Əgər bu il də Sumqayıt şəhərində konsert proqramı ilə iştirak etmək niyyətləri varsa və şəhər İcra Hakimiyyətinə rəsmi müraciət ünvanlayıblarsa ötən il olduğu kimi yenə də konsertlərini keçirə bilərlər”. 

E.Qocayev həmçinin əlavə edib ki, İcra Hakimiyyəti tərəfindən “Bu şəhərdə” üzvlərinə “yox” cavabı verilməyib.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.