Turistlərin ölkəyə yenidən gəlməsi üçün şərait yaratmaq üçün turizm polisinin olması vacibdir.
Bunu realpress.az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov bildirib.
Onun sözlərinə görə, AzTA turizm polisinin yaradılmasını təklif edir:
“Dünyada bu praktika var. Hansı ölkə öz gələcəyini turizmlə bağlayırsa, bu olmalıdır. Çünki, turistlərlə bağlı xoşagəlməz problemlər olur. Turizm polisi yaranan problemin həlli istiqamətində işləri görəcək”.
Nahid Bağırov qeyd edib ki, turizm polisinin yaranmasının heç bir ziyanı yoxdur:
“Hansı ölkəyə turist gəlirsə, orada problem olur. Heç kim deyə bilməz ki, problem ola bilməz. Ölkəyə turist axınını təmin etmək, gələn turistlərin yenidən gəlməsi üçün şərait yaratmaq üçün bu cür addıma ehtiyac var. Turizm polisinin heç bir ziyanı yoxdur. Bu turistlər üçün əlavə bir xidmətdir”.
Qeyd edək ki, 2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana dünyanın 189 ölkəsindən 1325,0 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.
Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.
Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.