Füzuliyə qayıdan sakin: “30 il qohum evində məcburi köçkün həyatı yaşamışıq”

Füzuliyə qayıdan sakin: “30 il qohum evində məcburi köçkün həyatı yaşamışıq”
29 Apr 2024 10:30

“Köhnə döyüşçü kimi əlimizdən gələni etdik, Vətənimizi qoruduq. Şükür ki, o ağrılı-acılı günlərimiz bu gün sona çatır, öz doğma yurdumuza qayıdırıq”.

Bunu Oxu.Az-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi köçkün İslam Həsənov deyib.

O bildirib ki, Füzuliyə yeddi nəfər ailə üzvü ilə qayıdır:

“30 il qohum evində məcburi köçkün həyatı yaşamışıq. Çox çətin günlərimiz olub, amma şükür ki, bu gün öz yurdumuza qayıdırıq. Oğlum, qızım köçüblər artıq Füzuliyə, bu gün də mən qayıdıram.

Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”

Qeyd edək ki, bu gün növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb. Bu mərhələdə daha 39 ailə (153 nəfər) öz doğma yurduna köçürülür.

Xatırladaq ki, indiyədək Füzulidə 822 ailənin, yəni 3 132 nəfərin daimi məskunlaşması təmin edilib.


15 May 2024
Cəmiyyət

Şuşada mərkəzi küçələrdən birinə Milli Qəhrəmanın adı verilib - FOTO

Şuşada mərkəzi küçələrdən birinə Milli Qəhrəman Ramiz Qəmbərovun adı verilib.

15 May 2024
Cəmiyyət

Əli Əsədov belaruslu həmkarı ilə gələcək qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə edib

Mayın 14-də Azərbaycanın Baş naziri Əli Əsədov Belarus baş nazirinin müavini İqor Petrişenko ilə görüşüb.

15 May 2024
Cəmiyyət

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisindən görüntülər - FOTO

Media nümayəndələri Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərlə tanış olub.

15 May 2024
Cəmiyyət

Otuz il əvvəl itkin düşən şəhid Sirac Nərimanov dəfn edildi - FOTO

Nərimanov Sirac Fehruz oğlu Birinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. 

14 May 2024
Cəmiyyət

Xankəndi şəhərinin nəqliyyat planı hazırlanıb

Aparılmış təhlillər əsasında Xankəndi şəhərinin nəqliyyat planının layihəsi hazırlanıb.