Əli Əsədov belaruslu həmkarı ilə gələcək qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə edib

Əli Əsədov belaruslu həmkarı ilə gələcək qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə edib
15 May 2024 09:40

Mayın 14-də Azərbaycanın Baş naziri Əli Əsədov Belarus baş nazirinin müavini İqor Petrişenko ilə görüşüb.

Oxu.Az xəbər verir ki, görüşdə Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfərinin əhəmiyyəti qeyd edilib, səfərin iki ölkə arasında dostluq əlaqələrinin möhkəmlənməsinə yeni təkan verəcəyinə əminlik ifadə olunub.

Müzakirələr zamanı cari ilin iyun ayında Minskdə keçiriləcək Azərbaycan-Belarus hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının 14-cü iclasının əhəmiyyəti də vurğulanıb.

Görüşdə Azərbaycan ilə Belarus arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran sahələrdə gələcək qarşılıqlı fəaliyyət perspektivləri müzakirə olunub.


7 Fev 2025
Cəmiyyət

Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkar edilib

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

7 Fev 2025
Cəmiyyət

Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Elşad Tağıyev dəfn edilib

İmişli rayonunda naməlum əsgərlərin məzarlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elşad Qubad oğlu Tağıyevin meyitinin qalıqları Salyan rayonuna gətirilib.

7 Fev 2025
Cəmiyyət

Sabah qar yağacaq, yollar buz bağlayacaq - 08.02.2025

Azərbaycan ərazisində fevralın 8-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

7 Fev 2025
Cəmiyyət

Bu gün daha altı güləşçimiz Xorvatiyada keçirilən beynəlxalq turnirdə mübarizəyə qoşulacaq

Xorvatiyanın Zaqreb şəhərində keçirilən ilin ilk reytinqli turnirində bu gün Azərbaycanın daha altı güləşçisi mübarizəyə start verəcək.

7 Fev 2025
Cəmiyyət

Dünya bazarlarında Azərbaycan nefti bahalaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.