Milli Gimnastika Arenasında Avropa Kubokunun açılış mərasimi keçirilib - FOTO

Milli Gimnastika Arenasında Avropa Kubokunun açılış mərasimi keçirilib - FOTO
04 May 2024 09:05

Azərbaycanda ilk dəfə olaraq təşkil olunan bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi keçirilib.

“Report”un məlumatına görə, Milli Gimnastika Arenasında baş tutan tədbir iştirakçı ölkələrin bayraqlarının arenaya gətirilməsi ilə başlayıb.

Gənclər və idman naziri Fərid Qayıbov açılış nitqi ilə qonaqları salamlayaraq iştirakçılara uğurlar arzulayıb:

“Avropa Kubokunda hər bir iştirakçıya ayrı-ayrılıqda uğurlar arzulayıram. İnanıram ki, ən güclü olanlar qalib gələcəklər. Azərbaycanda bütün gimnastika növlərində inkişaf hiss olunur. Bu, dövlət başçısının dəstəyi ilə həyata keçir”.

Sonra Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, mayın 5-dək davam edəcək Avropa Kubokunda 37 ölkədən 160 gimnast mübarizə aparır. Yarışda mükafatçılar fərdi və çoxnövçülük proqramında, eləcə də komanda hesabında müəyyənləşəcək.

 


17 May 2024
İdman

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək.

17 May 2024
İdman

İki boksçumuz beynəlxalq turnirdə finala vəsiqə qazanıb

Macarıstanın Eqer şəhərində gənc boksçular arasında beynəlxalq turnirdə yarımfinal mərhələsinə yekun vurulub. Finala gedən yolda Azərbaycan millisinin iki idmançısı da mübarizə aparıb.

17 May 2024
İdman

“Yeni dalğa 2024”ün finalına seçilən Azərbaycan təmsilçisi Vətənə qayıdıb - FOTO

Moskvada keçirilən gənc populyar musiqi ifaçılarının beynəlxalq “Yeni dalğa 2024” müsabiqəsinin yarımfinalında uğurla çıxış edən azərbaycanlı müğənni Anar Ağayev Vətənə qayıdıb.

16 May 2024
İdman

Avropa Çempionatında iştirak edəcək millimizin heyəti bəlli oldu

Budapeştdə keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti bəlli olub.