Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşüb - FOTO

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşüb - FOTO
18 Apr 2024 09:05

Aprelin 17-də xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) baş katibi Kayrat Sarıbay ilə görüşüb.

Xarici İşlər Nazirliyindən (XİN) Oxu.Az-a verilən məlumatına görə, görüş zamanı tərəflər Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritet və planlarını, təşkilat çərçivəsində mövcud işlər və gələcək perspektivləri müzakirə ediblər.

Kayrat Sarıbay Azərbaycanın AQEM çərçivəsində hər zaman fəal iştirak etdiyini məmnunluqla qeyd edib və sədr seçilməsi münasibətilə səmimi təbriklərini çatdırıb. Nəqliyyat bağlantıları, ətraf mühit kimi mövzuların AQEM üçün hazırda ən aktual məsələlərdən olduğunu qeyd edən K.Sarıbay, bu xüsusda Azərbaycanın konstruktiv mövqeyi ilə seçildiyini vurğulayıb.

 

Görüşdə tərəflər AQEM-in transformasiyası, qurumun fəaliyyətinin birgə maraq doğuran və aktual məsələlər üzrə istiqamətlənməsi, Azərbaycanın sədrliyi ilə keçiriləcək Nazirlər görüşünə və qarşıdan gələn Zirvə görüşünə hazırlıq, COP-29 çərçivəsində əməkdaşlıq imkanları, habelə regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 


1 May 2024
Siyasət

İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərindən ibarət nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyevin başçılıq etdiyi Rusiya Federasiyası Şimali Qafqaz regionunun müftilərindən ibarət nümayəndə heyətini qəbul edib.

1 May 2024
Siyasət

Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib.

1 May 2024
Siyasət

Bakıda beynəlxalq forum işə başlayıb: Prezident tədbirdə iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO

Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib.

1 May 2024
Siyasət

Prezident: “İndi biz sülhə doğru gedirik”

Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında müharibədən sonra regionda yaranmış vəziyyətdən danışıb.