Prezident: “İndi biz sülhə doğru gedirik”

Prezident: “İndi biz sülhə doğru gedirik”
01 May 2024 12:00

Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında müharibədən sonra regionda yaranmış vəziyyətdən danışıb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanın çox fəal çalışdığını, Ermənistana sülh sazişi ilə bağlı danışıqları başlamaq təşəbbüsü irəli sürdüyünü, hətta baza prinsiplərini və sülh sazişinin layihəsini hazırladığını vurğulayıb.

Ötən ilin sentyabrında Azərbaycanın suverenliyini tam bərpa etdiyini söyləyən Prezident bundan sonra ölkəmizin siyasi hücumlara məruz qaldığını, buna baxmayaraq, yenə də sülhü təklif etdiyini deyib. Bildirib ki, indi isə biz müsbət tendensiyadayıq, sülhə doğru gedirik.


21 May 2024
Siyasət

İlham Əliyev agentliklə bağlı fərman imzaladı

Prezident İlham Əliyev "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı"nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.

21 May 2024
Siyasət

Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Laziz Kudratovu qəbul edib.

21 May 2024
Siyasət

Deputatlar 11 məsələ barədə qərar verəcək

Bu gün Milli Məclisin növbəti iclası keçiririlir.

21 May 2024
Siyasət

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub.