"İllərdir böyrək çatışmazlığından əziyyət çəkirəm. 2020-ci ildə xəstəliyim ağırlaşdı və böyrəklərimin ikisi də sıradan çıxdı. Həmin vaxt anam məni ikinci dəfə dünyaya gətirdi. Donor oldu və böyrəyinin birini mənə verdi. Amma yenə də böyrək problemim var".
Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu sözləri "Ağsaqqal" obrazı ilə tanınan aktyor Azər Baxşəliyev "Qapqara" verilişində deyib.
O, hazırda donor axtardığını bildirib:
"Hazırda səhhətimin pis olmasını bacardığım qədər biruzə verməməyə çalışıram. Amma efirdən görünür. Hazırda donor axtarışındayam. Tapıldıqdan sonra qarşıdakı aylarda əməliyyat olunacağam. Əvvəllər donor olmaq üçün qohum olmaq lazım idi, indi isə belə bir şey yoxdur".
İqtisadiyyat naziri Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun baş direktoru Əbdülhəmid Əlxəlifə ilə görüşüb.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat açıqlanıb.
Bu gün yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Füzulidə ailələrin mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.