Aprelin son gününə hava proqnozu açıqlandı

Aprelin son gününə hava proqnozu açıqlandı
29 Apr 2024 13:16

Ölkə ərazisində aprelin 30-na gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 14-17 dərəcə isti, gündüz 25-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 50-60%, gündüz 30-40% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17 dərəcə isti, gündüz 27-32 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacaq.


15 May 2024
Cəmiyyət

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - FOTO

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu xarici dövlətlərlə hərbi birlik və hərbi əməkdaşlıqda fərqləndiklərinə görə medallarla təltif olunublar.

15 May 2024
Cəmiyyət

Nəşi 30 ildən sonra tapılan şəhid Yusif Ağayev dəfn edildi

Bu yaxınlarda nəşinin qalıqları tapılan şəhidlərdən biri də Yusif Balasəf oğlu Ağayevdir.

15 May 2024
Cəmiyyət

Rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ + FOTO

“Bu gün məktəblərdə rus bölməsi üzrə kifayət qədər yer və pedaqoq ehtiyatımız var”.

15 May 2024
Cəmiyyət

Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edildi - FOTO

Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rəsul Arif oğlu Əliyevin meyitinin qalıqları Sumqayıt şəhərinə gətirilib.