Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.
ANAMA-dan “Report”a bildirilib ki, azad olunan ərazilərdə 2024-cü ilin aprelin 8-14-ü 5 tank əleyhinə mina, 1 piyada əleyhinə mina, 725 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin 476,7 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun baş direktoru Əbdülhəmid Əlxəlifə ilə görüşüb.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat açıqlanıb.
Bu gün yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Füzulidə ailələrin mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.