Gənclər və İdman Nazirliyi şəhid övladları üçün yay düşərgəsi təşkil edib

Gənclər və İdman Nazirliyi şəhid övladları üçün yay düşərgəsi təşkil edib
29 İyun 2022 15:03

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində 22 rayondan olan 100-dən çox şəhid və qazi övladları, aztəminatlı və çoxuşaqlı ailələrin övladları, müsabiqə (intellektual, yaradıcı, idman, bilik) qalibləri üçün yay düşərgəsi keçirilib.

Nazirlikdən “Realpress.az”a verilən məlumata görə, yay düşərgəsi zamanı gənclərə asudə vaxtın səmərəli təşkili və dəyərləndirilməsi, sağlam həyat tərzi, ətraf mühitin mühafizəsi, insan hüquqları, liderlik keyfiyyətlərinin inkişafı mövzularında təlimlər, “İngilis dilini əylənərək öyrənirik”, rəsm üzrə ustad dərsləri, yoqa, hip-hop və “crop dance” məşğələləri olub.

Düşərgə müddətində iştirakçılar üçün maraqlı və əyləncəli oyunlar, intellektual oyunlar, komanda quruculuğu, şəbəkələşmə, müxtəlif yeni tanışlıqlar, idman oyunları, konsert proqramı və s. fəaliyyətlər təşkil edilib.

Düşərgənin sonuncu günü gənclərin biri-birindən rəngarəng və maraqlı çıxışlarından ibarət karnaval gecəsi keçirilib.

İştirakçılara düşərgə boyu təlimlərdə və məşğələlərdə fəal iştiraklarına görə diplomlar təqdim olunub.

26 Apr 2024
İdman

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.

26 Apr 2024
İdman

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli oldu - FOTO

Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

26 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.

25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.