"Sabah" məşhur hücumçu ilə müqavilə bağlamağa hazırlaşır

"Sabah" məşhur hücumçu ilə müqavilə bağlamağa hazırlaşır
28 İyun 2022 12:40

Braziliya millisinin sabiq futbolçusu Vaqner Lav "Sabah"a keçir.

“Realpress.az”"Eurostavka" saytına istinadən xəbər verir ki, 38 yaşlı hücumçu paytaxt təmsilçisi ilə müqavilə imzalamağa yaxındır.

İddiaya görə, "sambaçı" Premyer Liqanın ən yüksək ödənişli oyunçusu olacaq.

Təcrübəli forvardın "Sabah"ı seçməsində klubun infrastrukturu və baş məşqçi Murad Musayevin həlledici rol oynadığı bildirilib.

Qeyd edək ki, son klubu Danimarka "Midtüllan"ı olan Lav Rusiyanın MOİK, Fransanın "Monako", Türkiyənin "Alanyaspor", "Beşiktaş" və Qazaxıstanın "Kayrat" komandalarında da çıxış edib.


26 Apr 2024
İdman

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.

26 Apr 2024
İdman

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli oldu - FOTO

Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

26 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.

25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.