“Mən İsveç və Finlandiyanın tezliklə Şimali Atlantika Alyansına üzv olacağına zəmanət verə bilmərəm”.
“Realpress.az” TASS-a istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Amerikanın “Politico” qəzetinin təşkil etdiyi tədbirdə deyib.
“Amma mənim məqsədim hənmin dövlətlərin tezliklə Alyansa üzvlüyünü təmin etməkdir. Alyans daxilində bir və ya bir neçə müttəfiqin digərləri ilə razılaşmaması ilk dəfə deyil”, - o əlavə edib.
Qeyd edək ki, mayın 18-də Finlandiya və İsveçin NATO-dakı səfirləri Stoltenberqə ölkələrinin Şimali Atlantika Alyansına qoşulmaq üçün ərizələrini təqdim ediblər.
Rusiya qoşunları Ukraynanın İlan adasını tərk edib.
İsrail Knesseti (parlament) buraxılıb.
Ukraynanın Rusiya qüvvələrinin işğalı altındakı Zaporojye vilayətinin Berdyansk şəhərindən taxılla yüklü ilk ticarət gəmisi yola düşüb.