ABŞ-da şəxsi “Bell UH-1B” helikopteri Qərbi Virciniya ştatının Loqan qraflığında qəzaya uğrayıb.
“Realpress.az” xəbər verir ki, bu barədə WBOY telekanalı məlumat yayıb. Hadisə zamanı təyyarənin göyərtəsində olan altı nəfərin hamısı həlak olub.
Məlumata görə, yerli vaxtla saat 17:00 radələrində (23 iyun Bakı vaxtı ilə saat 01:00) helikopter magistral yolun yaxınlığındakı dağlıq əraziyə düşüb. Təcili yardım xidmətləri hadisə yerinə əraziyə cəlb edilib, magistral yol bağlanıb.
Qəzanın səbəbi hələ məlum deyil. Hadisə ilə bağlı FAA (Federal Aviasiya Administrasiyası) və Nəqliyyatda Milli Təhlükəsizlik Şurası araşdırma aparacaq.
Rusiya qoşunları Ukraynanın İlan adasını tərk edib.
İsrail Knesseti (parlament) buraxılıb.
Ukraynanın Rusiya qüvvələrinin işğalı altındakı Zaporojye vilayətinin Berdyansk şəhərindən taxılla yüklü ilk ticarət gəmisi yola düşüb.