Rusiya qoşunları Ukraynanın Rubijne şəhərini ələ keçirib. Beloqorovkada itki verib, buna görə də bütöv bir batalyon artıq hücuma keçməkdən imtina edib.
“Realpress.az” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday deyib.
"Rubijnedə, təəssüf ki, onlar demək olar, hər şeyə nəzarət edirlər - amma Milli Qvardiyaçılarımızın qoruduğu məhəllələrə üçüncü aydır daxil ola bilmirlər. Rubijnenin özündə vəziyyət mürəkkəbdir: su, qaz yoxdur. İşğalçıların fəxr etdiyi yeganə şey budur – bağladığımız xəstəxananı açmaları", - o deyib.
Qayday bildirib ki, Donetsk vilayəti ilə sərhəddə güclü döyüşlər gedir, Rusiya hərbçiləri Popasna və Beloqorovka istiqamətindən magistral yolu bağlamağa çalışırlar.
Davosda keçirilən Dünya İqtisadi Forumunun iştirakçıları xüsusən də Ukrayna ilə Rusiya arasında razılaşma yolu ilə müharibəyə son qoymaq imkanlarını müzakirə edirlər. Çünki Rusiya ilə biznesi yenidən bərpa etmək lazımdır.
“Məndə cərrahi müdaxilənin tələb olunduğu onurğa travması var”.
“Rusiya Ukraynada hərbi əməliyyatları tapşırıqlar yerinə yetirilənədək davam etdirəcək”.