Rusiya Tbilisi-Moskva reysini son anda ləğv edib

Rusiya Tbilisi-Moskva reysini son anda ləğv edib
28 Yan 2022 11:13

Bu gün saat 10:00-a təyin olunmuş Tbilisi-Moskva çarter reysi uçuşa 20 dəqiqə qalmış ləğv olunub.

“Realpress.az”ın yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstan Hava Yolları” aviaşirkətindən bildirilib.

Məlumata əsasən, reys ətrafında Gürcüstanda yaradılan ajiotaj problemlərə səbəb olub və Rusiya tərəfi uçuşun yerinə yetirilməsinə müvafiq icazəni ləğv edib. Reysə bütün biletlərin satıldığı vurğulanıb.

Qeyd edək ki, Rusiya və Gürcüstan arasında birbaşa uçuşlar 2019-cu ilin iyulundan dayandırılıb. Bugünkü reys birdəfəlik icazə əsasında həyata keçiriləcəkdi.


7 May 2024
Dünya

Kuba Prezidenti Rusiyada səfərdədir

Kuba Prezidenti Migel Dias-Kanel Bermudes Rusiyada səfərdədir.

7 May 2024
Dünya

Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına başladı - YENİLƏNİB + CANLI YAYIM

Rusiyada 2024-cü ilin martında dövlət başçısı seçilən Vladimir Putin beşinci dəfə Rusiya prezidenti oldu.

7 May 2024
Dünya

Günün rəsmi məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.