2022-ci ilin yeni marşrut şəbəkəsi çərçivəsində Qəbələ və Moskvanı birləşdirən yeni müntəzəm aviareys açılıb.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən "Realpress.az" verilən məlumata əsasən, “Nordwind” aviaşirkəti 189 sərnişin oturacağı olan “Boeing 737-800” təyyarəsində Moskvanın Şeremetyevo hava limanından Qəbələyə ilk reys yerinə yetirib və uçuş 3 saat davam edib.
Moskva-Qəbələ-Moskva marşrutu üzrə müntəzəm reys həftədə bir dəfə - bazar günləri həyata keçiriləcək. Yerli vaxtla saat 04:10-da təyyarə Qəbələdə enəcək, saat 05:20-də Rusiya paytaxtına qayıtmaq üçün havaya qalxacaq.
Bütün beynəlxalq norma və tələblərə cavab verən Qəbələ beynəlxalq hava limanı istənilən tip hava gəmisini qəbul etməyə qadirdir.
Qəbələ-Bakı reysi barədə videoçarxı təqdim edirik:
İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.
Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.
Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.