Karateçilərimiz İsveçrənin Bazel şəhərində “XI İnternational Basel Open Masters” yarışında iştirak ediblər.
realpress.az xəbər verir ki, turnirə 13 idmançı ilə qatılan Milli komandamız 3 qızıl, 3 gümüş və 5 bürünc olmaqla 11 medala sahib çıxıb.
Yarışda müxtəlif kateqoriyalarda Turqut Həsənov (qızıl və gümüş medal), Pənah Abdullayev (qızıl və bürünc medal) və Tural Ağalarzadə (qızıl medal) qazanıb.
Asiman Qurbanlı (gümüş və bürünc medal), Rafiz Həsənov (gümüş medal), Məhəmməd İsmayılov, Firdovsi Fərzəliyev, Ülvi Qurbanlı və Samir Məmmədov (bürünc medal) mükafatçılar arasında yer alıb.
Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.
Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.
Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.