Azərbaycan Türkiyədən vaqon sifariş etdi - 36 milyon dollar ödəniləcək

Azərbaycan Türkiyədən vaqon sifariş etdi - 36 milyon dollar ödəniləcək
22 İyul 2019 15:18


“Türkiye Demiryolu Makinaları Sanayi A.Ş.” (TÜDEMSAŞ) Azərbaycanın sifarişi üzrə iki ədəd yük vaqonunun prototipini hazırlayıb. 

Türkiyə mətbuatının yaydığı xəbərə görə, bununla bağlı şirkətin baş direktoru Mehmet Başoğlu açıqlama verib. 

O bildirib ki, vaqonların sınaqları uğurla başa çatıb:

“Türkiyə ilə Azərbaycan arasında Bakı-Tbilisi-Qars dəmiryolu xəttində başlanan yük daşıması ilə gündəmə gələn birgə vaqon istehsalının detalları ortaya çıxıb. Vaqon ehtiyacını Rusiyadan qarşılayan Azərbaycan Türkiyə şirkətləri ilə birgə istehsal üçün hərəkət keçib. 

Bu çərçivədə adıçəkilən şirkət isə 1939-cu ildə Sivasda yük vaqonu istehsalı üzrə qurulan TÜDEMSAŞ olub. Azərbaycanın sifariş etdiyi 600 vaqonun ümumi dəyəri 36 milyon dollardır. 

Azərbaycanın dəmiryolu və tunel ölçüləri bizimkilərdən fərqlidir. Mövcud olan istehsalımız onların relslərinə uyğun gəlmir. İki ədəd yük vaqonunun prototipini hazırlayıb, uğurla sınaqdan keçirdik”. 

Həmin vaqonların Bakı-Tbilisi-Qars dəmiryolu xəttində işləyəcəyi nəzərdə tutulur.

Realpress.az


20 Avq 2019
İqtisadiyyat

Manatın MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı 20 avqust tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

19 Avq 2019
İqtisadiyyat

Pensiyaçıların dəqiq sayı açıqlanıb - Yarıdan çoxu yaşa görə alır

Pensiyaçıların dəqiq sayı açıqlanıb - Yarıdan çoxu yaşa görə alır