Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
Primorye diyarı Yapon dənizindən gələn güclü siklonun təsirinə məruz qalıb. Güclü yağış və qar nəticəsində bir çox şəhərlərə ziyan dəyib, naqillər qırılıb, ağaclar yıxılıb. Buz qabığının təzyiqi altında 200-ə yaxın ağac zədələnib.
İki mindən çox sakini olan 1200-dən çox yaşayış binası işıqsız qalıb. Məktəblər distant təhsilə keçirilib.
Dörd şəhər qazanxanası da işıqsız qalıb. Onlardan ikisinin alternativ enerji mənbələrinə keçirilməsi mümkün olub.
Ən çox yağıntı rayonun cənubuna düşüb. Vladivostokda artıq ikiaylıq norma həcmində yağıntı düşüb və yağış hələ də davam edir. Avtobuslar üzür, avtomobillər suda batır, küçələr tədricən su altında qalır.
Bütün bölgədə yağıntılar, güclü küləklər və şaxtalı hava hökm sürür.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb.
“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.
Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.