Azərbaycan “Boeing 737” təyyarələrindən imtina etdi

Azərbaycan “Boeing 737” təyyarələrindən imtina etdi
03 İyun 2019 12:04



Azərbaycan “Boeing” şirkəti ilə 10 ədəd “Boeing 737 MAX-8” təyyarəsinin alışını nəzərdə tutan müqaviləni ləğv edib.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin bəyanatında deyilir:

“Biz rəsmi olaraq “Boeing 737 MAX-8” təyyarələrinin alışı planından imtina etmişik. Bu qərar həmin təyyarələrin təhlükəsizliyi ilə bağlıdır və müvafiq müqaviləni ləğv etdik”.

Xatırladaq ki, 2017-ci ilin aprelində Azərbaycanın “Silk Way Airline” aviaşirkəti və “Boeing” arasında 10 ədəd “Boeing 737 MAX-8” sərnişin təyyarəsinin alışı haqqında müqavilə imzalanmışdı. Bu hava gəmilərinin operatoru AZAL şirkəti olmalı idi. Razılaşmanın ümumi dəyəri təqribən bir milyard dollar təşkil edirdi. Azərbaycan müqavilə çərçivəsində təyyarələri üç il ərzində əldə etməli idi.

Hazırda AZAL “Boeing 787”, “Boeing 767”, “Boeing 757”, eləcə də, “Airbus 340”, “Airbus 320”, “Airbus 319” və “Embraer 190” təyyarələrini istismar edir.

Qeyd edək ki, son yarım il ərzində “Boeing 737 MAX” avialaynerinin iştirakı ilə iki qəza baş verib, ümumilikdə 346 nəfər həlak olub.

Mart ayının 10-da Əddis-Əbəbədən çıxan Efiopiya hava yolları şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 157 nəfər həyatını itirib. Qurbanlar arasında 33 ölkənin vətəndaşları yer alır.

Qəzadan sonra dünyanın 30-dan çox aviaşirkəti 737 MAX təyyarələrindən istifadədən imtina edib. Avropa İttifaqı, ABŞ, Rusiya və başqa ölkələr öz hava məkanlarında bu modeldən olan təyyarələrin uçuşuna qadağa qoyub.

14 İyun 2019
İqtisadiyyat

Manatın MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı 14 iyun tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

12 İyun 2019
İqtisadiyyat

Bu günə olan VALYUTA MƏZƏNNƏLƏRİ

Azərbaycan Mərkəzi Bankı 12 iyun tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

11 İyun 2019
İqtisadiyyat

Kirayə evlərlə bağlı prezident fərmanı: Dəyişikliklərin təfsilatı

Kirayə evlərlə bağlı prezident fərmanı: Dəyişikliklərin təfsilatı

11 İyun 2019
İqtisadiyyat

Bu günə olan valyuta MƏZƏNNƏLƏRİ

Azərbaycan Mərkəzi Bankı 11 iyun tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.