Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb - FOTO

Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb - FOTO
24 Apr 2024 11:42

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.

“Report” xəbər verir ki, səfərdə 30 ölkədən 64 beyin mərkəzinin nümayəndəsi iştirak edir.

Qonaqlar öncə Zəngilan şəhərinə baş çəkiblər, burada onlar Zəngilan Beynəlxalq Hava Limanı ilə tanış olublar.

Ekspertlər bir gün əvvəl Bakıda başlayan beynəlxalq forumun öz işini davam etdirəcəyi Laçın şəhərinə də səfər edəcəklər.

Forum iştirakçıları bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq və Azərbaycanın yaşıl enerji sahəsində fəaliyyətini müzakirə edəcəklər.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü ili ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edib.

 


6 May 2024
Dünya

Avro və lirə bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

6 May 2024
Dünya

İranda sel nəticəsində 23 əyalətin 5 mindən çox sakini zərər çəkib

İranda sel fəlakəti nəticəsində 23 əyalətin 5 mindən çox sakini zərər çəkib.

6 May 2024
Dünya

Laos Prezidenti Rusiyaya səfər edəcək

Laos Prezidenti Thonqlun Sisulit mayın 7-dən 11-dək Rusiyada səfərdə olacaq.

6 May 2024
Dünya

Qazaxıstanla Qırğızıstan sərhədində zəlzələ baş verib

Qazaxıstan və Qırğızıstan sərhədində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.