İranda sel fəlakəti nəticəsində 23 əyalətin 5 mindən çox sakini zərər çəkib.
Day.Az-ın IRNA-ya istinadən xəbərinə görə, bu barədə ölkənin "Qırmızı Xaç" Komitəsi xəbər yayıb.
Qeyd edək ki, son 23 gündə ölkənin 23 əyalətini cənginə alan selin fəsadlarından Buşəhr, Xorasan, Cənubi Xorasan, Fars, Kirman, İsfahan və digər əyalətlər ciddi ziyan görüb.
Slovakiyanın Baş naziri Robert Fitso mayın 17-də əməliyyat olunub, lakin onun vəziyyəti ağır olaraq qalır.
Nikaraquanın paytaxtı Manaquanın cənub-şərqindəki Ometepe adasında yerləşən Konsepsyon vulkanı püskürüb və təxminən 2 km hündürlüyündə kül sütunu havaya qalxıb.
Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb.